Sentyabrın 18-də L.Xəlillinin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini S.İbrahimov saxlanılmışdır
26.09.2021Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də L.Xəlillinin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan psixotrop maddə aşkar edilərək götürülmüşdür.