DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini A.Həbibov saxlanılmışdır

20.09.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş A.Həbibov rayon ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 75 qram tiryək və 1 ədəd plastik kart aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 12 kiloqramdan artıq heroin, 910 qram tiryək, 2 kiloqramdan artıq heroin, metamfetamin və elektron tərəzi götürülmüşdür.

20.09.2021 tarixinə olan kriminal məlumatlar