DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakinləri R.Abdullayev və E.Cəfərov saxlanılmışlar

20.09.2021

Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin  aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş E.Cəfərov da saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi götürülmüşdür. E.Cəfərovun əvvəllər məhkum olunmuş qardaşından da 8 qramdan artıq heroin və metamfetamin götürülmüşdür.

20.09.2021 tarixinə olan kriminal məlumatlar