Nərimanov rayonu ərazisindəki inşaat materialları mağazalarının birindən 5575 manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən C.Ağayev saxlanılmışdır
20.09.2021Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 5575 manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılmışdır.