Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Abuzərov saxlanılmışdır
20.09.2021Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abulbəyli kənd sakini Ə.Abuzərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 5 qramdan artıq marixuana, qanunsuz saxladığı ov tüfəngi, 9 ədəd müxtəlif çaplı patron, 27 ədəd patron başlığı və 1 ədəd bıçaq götürülmüşdür.