Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən Yardımlı rayonunun Arvana kənd sakini A.Ağayev saxlanılaraq istintaqa təhvil verilmişdir

12.09.2021

Sentyabrın 12-də saat 14 radələrində Yardımlı rayonunun Arvana kəndi ərazisində kənd sakini Asif Ağayevin münaqişə zəminində həmkəndlisi Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Ağayev saxlanılaraq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.

12.09.2021 tarixinə olan kriminal məlumatlar