Soyğunçuluğu etməkdə şübhəli bilinən paytaxt sakini H.Abdulqəlimov müəyyən edilərək saxlanılmışdır
12.09.2021Sentyabrın 12-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini D.Qənbərovun idarə etdiyi “Audi” markalı avtomobilə sərnişin qismində əyləşmiş bir nəfərin açıq talama yolu ilə onun 390 manatını aparması barədə 26-cı Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Abdulqəlimov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.