Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayonunun Köçəskər kənd sakinləri Yaşar Yusifovun öldürülməsi, qardaşı M.Zeynalova isə xəsarətlər yetirilməsi barədə məlumat daxil olmuşdur

12.09.2021

Sentyabrın 12-də Ağstafa rayonunun Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı M.Zeynalova isə xəsarətlər yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla kənd sakini S.Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Yaşar Yusifova xəsarət yetirərək qəsdən öldürməsi, sonuncunun qardaşı M.Zeynalova isə xəsarət yetirərək öldürməyə cəhd etməsi müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. S.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

12.09.2021 tarixinə olan kriminal məlumatlar