Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2021Sentyabrın 12-də saat 11 radələrində Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində Xaçmaz rayon sakini R.Ramazanovun idarə etdiyi “VAZ-2106” və Ağdam rayon sakini Ə.Baxşəliyevin idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Ramazanovun sərnişini - həmyerlisi Elşən Ağayev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.