DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır

07.06.2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılmışdır.

07.06.2021 tarixinə olan kriminal məlumatlar