DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tərtər rayon sakini N.Qasımovun özünü benzinlə yandırmaq cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınmışdır

07.06.2021

İyunun 7-də saat 11 radələrində Tərtər rayonunun Bəyimsarov kənd sakini 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd etmişdir.  

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış, bu zaman onlar əl nahiyələrindən yüngül yanıq xəsarəti almışlar.

Xəstəxanaya yerləşdirilmiş N.Qasımovun vəziyyəti qənaətbəxşdir. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

07.06.2021 tarixinə olan kriminal məlumatlar