Şəmkir rayon sakini H.Qasımzadədən silah-sursat aşkar edilərək götürülmüşdür
07.06.2021Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini H.Qasımzadədən “AKS-74” markalı avtomat silahı və 1 ədəd süngü bıçaq, habelə gizlətdiyi “AK” markalı avtomat silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.