Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Həmidov saxlanılmışdır

13.05.2021

Yasamal RPİ 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum M.Həmidov müəyyən edilərək saxlanılmışdır.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.