İsmayıllı rayonunun Topçu kəndi ərazisində “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılmışdır
13.05.2021Mayın 13-də saat 20 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Cülyan kənd sakini Qəşəm Qafarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.