Oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılmışlar
11.05.2021DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Əhmədli yük stansiyasının ərazisindən 14 ədəd şpal altı, 112 ədəd birləşdirici sırğa, 18 ədəd rels boltlarını və 6 ədəd rels bərkidicisini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılmışlar.