Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Rüstəmzadə və İ.İsgəndərov saxlanılmışlar
11.05.2021Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 9-da Buzovna qəsəbəsinin Çiləgər yaşayış sahəsindəki evlərin birindən 1000 manat dəyərində elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Rüstəmzadə və İ.İsgəndərov saxlanılmışlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevral-aprel ayları ərzində rayon ərazisindəki daha 3 evdən 3000 manat dəyərində samovar, naqil və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilmişdir.