Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.03.2021Martın 17-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini E.Nəbiyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə vurduqdan sonra yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə dəymişdir. Nəticədə V.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.