Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Quliyev Yasamal rayonu ərazisində saxlanılmışdır
17.03.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Quliyev Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən 24 qramdan artıq heroin, 20 ədəd metadon həbi, yaşadığı evdən isə 486 qramdan artıq heroin, 30 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.