Balakən rayonunun Kortala kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2021Martın 3-də saat 23 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində kənd sakini M.Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.