Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Digah qəsəbə sakini T.Balaəmiyev müəyyən edilərək saxlanılmışdır.
03.03.2021Abşeron RPİ-yə müraciət edən Digah qəsəbə sakini A.Bayramov fevralın 24-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini T.Balaəmiyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.