Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakini S.Bayramov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
02.03.2021Bərdə RPŞ-yə müraciət edən şəhər sakini Y.Məmmədov martın 2-də şəhər ərazisindən “VAZ-21723” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Bayramov müəyyən edilərək avtomobillə birgə Mingəçevir şəhəri ərazisində saxlanılmışdır.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.