Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsində quldurluq törətməkdə şübhəli bilinən şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılmışdır

25.02.2021

Nizami (Gəncə) RPİ-yə fevralın 22-də saat 5 radələrində Yeni Gəncə qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş maskalı şəxsin orada işləyən R.Ələkbərovu və H.Bağırovu bıçaqla hədələyib pul vermələrini tələb etməsi, lakin istədiyinə nail ola bilmədiyindən oranı yandırmağa cəhd göstərməsi barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

25.02.2021 tarixinə olan kriminal məlumatlar