Quba şəhər sakini S.Dadaşovun avtomobilini qaçırmaqda şübhəli bilinən R.Mirzəliyev saxlanılmışdır
25.02.2021Quba RPŞ-yə fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev tərəfindən qaçırılması və saat 17 radələrində Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Mirzəliyev saxlanılmışdır.Araşdırma aparılır.