Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Yusibov və Z.Quliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılmışlar
24.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Yusibov və əvvəllər məhkum olunmuş Z.Quliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılmışlar. Onların kirayə yaşadıqları mənzilə baxış zamanı oradan 1 kiloqram 23 qram heroin, 258 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.