Tovuz rayon sakini İ.Rəsulovaya qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
24.02.2021Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Tovuz rayon sakini İ.Rəsulovanı döyüb 250 manat pulunu və 1800 manat dəyərində mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Qurbanov, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Ə.Rəsulov saxlanılmışlar.