Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Sumqayıt şəhər sakini E.Muradovdan 54 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülmüşdür
10.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 49 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülmüşdür.