Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini S.Qabulov müəyyən edilərək saxlanılmışdır

10.02.2021

Xaçmaz Rayon Polis Şöbəsinə fevralın 10-da saat 3 radələrində şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinə gəlmiş bir nəfərin orada operator işləyən  Cığatay kənd sakini E.Quliyevi bıçaqla hədələyib oradan 1450 manat pul aparması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qabulov müəyyən edilərək saxlanılmışdır.

10.02.2021 tarixinə olan kriminal məlumatlar