Ağdaş rayonunun Əmrah kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.02.2021Fevralın 2-də saat 15 radələrində Ağdaş rayonunun Əmrah kəndi ərazisində Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurmuşdur. Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölmüş, digər sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.