Oğurluqda şübhəli bilinən Qala qəsəbə sakini S.Tağıyev saxlanılmışdır
02.02.2021Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 11 evdən ümumilikdə 11.170 manat pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş S.Tağıyev saxlanılmışdır.