Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidlidən 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür
31.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidli Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.