Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Daşkəsən rayonunun Quşçu kənd sakini A.Orucov saxlanılmışdır
31.01.2021Daşkəsən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 26 qramdan artıq, yaşadığı evin həyətinə baxış zamanı isə 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.