Beyləqan rayonunun Bolsulu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.01.2021Yanvarın 28-də saat 19 radələrində Beyləqan rayonunun Bolsulu qəsəbəsi ərazisində Göyçay rayon sakini N.İsmayıllı idarə etdiyi “VAZ-21011” markalı avtomobili yol ayırıcısına vurmuş və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.