Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyevdən 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür
28.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı 60 qramdan artıq heroin, Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə oradan 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.