Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Babayevdən ümumilikdə 1 kiloqram 800 qram heroin, 560 qram metamfetamin aşkar edilərək götürülmüşdür
28.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin, yaşadığı mənzildən isə 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilərək götürülmüşdür.