Bakı şəhər sakini Ə.Nağıyevdən narkotik vasitələr və silah-sursat götürülmüşdür
11.01.2021Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Nağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “TOZ-13” markalı tüfəng və 8 ədəd patron götürülmüşdür.