Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış sürücünün avtomobilindən 2 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək götürülmüşdür

11.01.2021

Yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilmişdir. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilmişdir. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərmişdir. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təhvil verilmişdir.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür.

11.01.2021 tarixinə olan kriminal məlumatlar