Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Süleymanov saxlanılmışdır

11.01.2021

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 6-na keçən gecə rayon ərazisindən D.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil yanvarın 8-də A.Heydərov küçəsində tapılmışdır.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

11.01.2021 tarixinə olan kriminal məlumatlar