Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş Biləcəri qəsəbə sakinləri Mehman Quliyev və Əzim Möqbəliyev tutulmuşlar

10.03.2008

Fevralın 25-də 2 naməlum şəxs Binəqədi qəsəbəsində Şəki şəhər sakini Hidayət Şamilovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub Biləcəri qəsəbəsinə gedəcəklərini bildirmişlər. Biləcəri qəsəbəsində onlar H.Şamilova qarşı zor tətbiq edərək 36 manatını və mobil telefonunu almışlar. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətmiş Biləcəri qəsəbə sakinləri Mehman Quliyev və Əzim Möqbəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların fevralın 29-da Biləcəri qəsəbəsində "Opel" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elçin Əhmədovu bıçaqla hədələyərək mobil telefonunu ondan almaları müəyyən edilmişdir.