Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Qobustan qəsəbə sakini Arif Qocayevdən 52,31 qram marixuana, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini İlham Bəndəliyevdən 0,214 qram heroin, Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Pirallahı qəsəbə sakini Ceyhun Mirzəyevdən 0,411 qram heroin, Bakı BPİ və Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini Qasım İbrahimovdan 0,96 qram tiryək, Səbail RPİ 8-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhman Nəbiyevdən 85,37 qram tiryək, Xətai RPİ 37-ci PB əməkdaşları Biləcəri qəsəbə sakini Zəka Baxşəliyevdən 0,229 qram heroin, Azər Adıgözəlovdan 0,245 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Davud Baxışovdan 0,268 qram heroin, Abşeron RPŞ əməkdaşları Bakı şəhər sakini Səbuhi Bəndəliyevdən 0,229 qram heroin götürmüşlər.