Xırdalan şəhəri ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafeni işlədən A.Salahovun və 6 müştərisinin barəsində inzibati tənbeh tədbiri tətbiq olunub
01.01.2021Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 1-də Xırdalan şəhəri ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilmişdir.
Kafeni işlədən A.Salahovun və orada olan 6 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.