Sabirabad şəhəri ərazisində “VAZ-2107” markalı avtomobil daş hasara çırpılmışdır
01.01.2021Dekabrın 31-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurmuşdur. Nəticədə sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, T.Şükürzadə yanvarın 1-də orada ölmüşdür.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.