Gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.12.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.