Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Məlikovun üzərindən və yaşadığı mənzildən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür
27.12.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Məlikov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 177 qramdan artıq heroin, 154 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqramdan artıq heroin, 820 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.