Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri X.Hüseynov və C.Cabbarov saxlanılmışlar
27.12.2020Dekabrın 26-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Ramazanov cari il sentyabrın 10-dan dekabrın 25-dək olan müddətdə Ə.Rəcəbli küçəsi “Naz-Lifan” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri X.Hüseynov və C.Cabbarov dekabrın 26-da saat 18 radələrində avtomobillə birlikdə saxlanılmışlar.
Araşdırma aparılır.