Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2020Dekabrın 8-də saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində B.Bilalov idarə etdiyi “UAZ-39623” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ağacavad Xəlilovu vurmuş, sonradan idarəetməni itirdiyindən avtomobili aşırmışdır. Nəticədə piyada aldığı xəsarətlətdən hadisə yerində ölmüş, B.Bilalovun sərnişini T.İsayev isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.