Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2020Dekabrın 8-də saat 19 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurmuş, sonradan isə yaxınlıqda dayanmış qəsəbə sakini M.Quliyevə dəymişdir. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüş, A.Mirzəyevin sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.