DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

28.11.2020

Noyabrın 28-də saat 16 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi “BMW” markalı avtomobili kanala aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.