DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İstintaqdan yayındığı üçün axtarışda olan Bərdə rayon sakini N.Əliyev saxlanılmışdır

28.11.2020

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3 (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındığı üçün axtarışda olan Bərdə rayon sakini N.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq kokain, 248 qrama yaxın  metamfetamin, 386 ədəd  ekstazi həbləri və 17 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.