Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində “VAZ-21074” və “Chevrolet-Niva” markalı avtomobillər toqquşmuşdur
27.11.2020Noyabrın 27-də saat 13 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPİ tərəfindən araşdırma aparılır.