DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən marketlərin birindən içərisində 2000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

27.11.2020

Kürdəmir və Sabirabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən marketlərin birindən içərisində 2000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini S.Muradov, Sabirabad rayon sakinləri, R.Tağıyev və əvvəllər məhkum olunmuş S.Niftalıyev saxlanılmışlar.

R.Tağıyevin ətrafında aparılmış tədbirlərlə onun Sabirabad şəhəri ərazisində yerləşən daha bir marketdən 909 manat pul oğurlaması da müəyyən edilmişdir.